146
logo

"Skaut dəstəsinin fəaliyyətinə resurs dəstəyi" layihəsinin icrasına başlanılıb

  • Cümə 29 Noyabr 2024



"Skaut dəstəsinin fəaliyyətinə resurs dəstəyi" layihəsinin icrasına başlanılıb.
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində "Fərdi layihələr" kateqoriyası üzrə qalib gəlmiş "Skaut dəstəsinin fəaliyyətinə resurs dəstəyi" layihəsinin açılış mərasimi keçirilib.
Layihə çərçivəsində əsas məqsəd skautinq yolu ilə nəticəsi zəif olan şagirdləri mənalı fəaliyyətə cəlb etmək və dərsdənkənar fəaliyyətlər vasitəsilə qeyri- formal təhsilin təşviq edilməsini təmin etməkdir. Bu vasitə ilə məktəbli skautları liderlik, komandanın idarə olunması, məsuliyyət daşıma və sosial münasibətlər kimi bacarıqlarını inkişaf etdirilməsi və gücləndirilməsini hədəflənir.
Layihə ümumilikdə 4 hissədən ibarət olacaqdır:
1. Məktəbdə Skaut klubunun yaradılması;
2. Dəstə görüşünün keçirilməsi;
3. Mövsümi düşərgənin təşkil olunması;
4. Hesabat dövrü.
Xatırladırıq ki, "Skaut dəstəsinin fəaliyyətinə resurs dəstəyi" layihəsi Oğuz rayon Qarabaldır kənd ümumi orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Nərmin Seyidova tərəfindən həyata keçirilir.