"Beynəlxalq qiymətləndirmədə müsbət nəticələr üçün innovativ öyrənmə" layihəsi çərçivəsində dərslərə start verilib
"Beynəlxalq qiymətləndirmədə müsbət nəticələr üçün innovativ öyrənmə" layihəsi çərçivəsində dərslərə start verilib.
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "Beynəlxalq qiymətləndirmədə müsbət nəticələr üçün innovativ öyrənmə" layihəsinin icrasına start verilib. Layihə çərçivəsində 5-ci sinif şagirdləri üçün KhanAcademy Azərbaycanca platforması üzərindən 6 ay ərzində riyaziyyat və həndəsə dərsləri keçiriləcək. Layihə ilkin qiymətləndirmədə ən zəif nəticə göstərmiş şagirdlərin inkişafını dəstəkləmək məqsədi daşıyır.
Xatırladırıq ki, layihə Bakı şəhəri Sabunçu rayonu 255 №li tam orta məktəbdə Zülfiyyə İsmayılova tərəfindən icra olunur.
Layihənin əsas məqsədi beynəlxalq PİSA testində şagirdlərin nəticələrini artırmaq üçün innovativ öyrənmə üsulları tətbiq etməkdir.