“Voleybol Akademiyası ilə uşaqların fiziki və psixoloji inkişafının dəstəklənməsi” layihəsinin açılış mərasimi keçirilib
“Voleybol Akademiyası ilə uşaqların fiziki və psixoloji inkişafının dəstəklənməsi” layihəsinin açılış mərasimi keçirilib.
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş bu layihənin açılış mərasimində məktəb rəhbərliyi, müəllimlər iştirak edib.
Layihə çərçivəsində 20 nəfər 7-8-ci sinif şagirdləri seçiləcək. Şagirdlərin yaşları nəzərə alınmaqla 3 aylıq 48 saatlıq proqram hazırlanacaq. İlk öncə qaydalar və dəyərlər aşılanacaq, daha sonra şagirdlərin inkişaf xəritəsinə əsasan digər fəaliyyətlər planlaşdırılacaq. 3 ay həftədə 2 dəfə, hər dəfə 2 saat olmaqla dərsdənkənar fəaliyyətlər təşkil ediləcəkdir. Bu fəaliyyətlər zamanı şagirdlərin fiziki və psixoloji inkişafı ön plana çəkiləcəkdir.
Voleybolun fiziki inkişafa verdiyi töhfə ilə yanaşı, uşağın mənəvi inkişafına da kömək etdiyi üçün layihə voleybol akademiyasının qurulması ilə şagirdlərdə özünə inam, stresslə mübarizə, komanda ruhu, əzələ inkişafı, sosial bacarıqlar kimi amillərin inkişaf etdirilməsi məqsədini daşıyır.
Xatırladırıq ki, layihə Hacıqabul rayon İ.Həsənov adına tam orta məktəbdə Bahadur İsmayılov tərəfindən icra olunur.