146
logo

"OpenDoors: müasir cəmiyyətin müasir şagirdləri" layihəsinin icrasına başlanılıb

  • Şənbə 30 Noyabr 2024



Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "OpenDoors: müasir cəmiyyətin müasir şagirdləri" layihəsinin icrasına başlanılıb.
VIII qrant müsabiqəsində qalib gəlmiş "OpenDoors: müasir cəmiyyətin müasir şagirdləri" layihəsinin açılış tədbirində məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak ediblər.
Layihə çərçivəsində şagirdlər, valideynlər və məktəbin psixoloq və pedaqoqları üçün müxtəlif təlim və görüşlər planlaşdırılmışdır. Birinci mərhələdə məktəbin səkkizinci siniflərindən seçilmiş 100 şagird iki ay ərzində 8 infossessiyada iştirak edəcəkdir. İkinci mərhələdə 100 valideyn psixoloqlarla beş görüşdə bir araya gələcək, burada ailədaxili kommunikasiya və gənclərin maarifləndirilməsi barədə məlumatlar paylaşılacaq. Üçüncü mərhələdə isə məktəbin 30 psixoloq və pedaqoqu ilə 4 görüş keçirərək, şagirdlərin düzgün istiqamətləndirilməsi yolları müzakirə olunacaq.
Xatırladırıq ki, "OpenDoors: Müasir Cəmiyyətin Müasir Şagirdləri" adlı layihə, Leyla Məcidova tərəfindən həyata keçirilir. Layihənin məqsədi, şagirdlər və valideynlər arasında gender məsələlərinə düzgün yanaşmanı, qarşılıqlı hörməti və cəmiyyətin müasir tələblərinə uyğun maariflənməni təşviq etməkdir.