146
logo

287 nömrəli məktəbdə "Duolingo ilə öyrən: Rusdilli şagirdlərin xarici dil biliklərinin artırılması" layihəsi icra edilir

  • Şənbə 30 Noyabr 2024




Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Duolingo ilə öyrən: Rusdilli şagirdlərin xarici dil biliklərinin artırılması"  layihəsinin icrasına başlanılıb.

Layihənin açılış tədbirində məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Layihə çərçivəsində liseyin IV-VII siniflərindən olan 30 rusdilli şagird 3 ay müddətində "Duolingo" platformasında xarici dil kurslarına cəlb olunacaq. Həftədə 2 dəfə, hər biri 2 saat olmaqla təşkil edilən bu kurslar vasitəsilə şagirdlər həm məktəbdə, həm də fərdi şəkildə ingilis dili biliklərini təkmilləşdirəcəklər. Layihə müddətində şagirdlərin irəliləyişini qiymətləndirmək üçün iki dəfə test imtahanları keçiriləcək və sonda uğurlu iştirakçılar sertifikatla mükafatlandırılacaq. Layihənin davamlılığı üçün liseydəki digər müəllimlər arasında da "Duolingo" platformasının tanıdılması məqsədilə infosessiya təşkil ediləcəkdir.

Xatırladırıq ki, "Duolingo ilə öyrən: Rusdilli şagirdlərin xarici dil biliklərinin artırılması" layihəsi Xətai rayonu 287 nömrəli Zəkalar liseyində Aygün Məmmədova tərəfindən həyata keçirilir. Layihənin məqsədi rusdilli şagirdlərin qeyri-ənənəvi öyrənmə üsulları vasitəsilə ingilis dili bacarıqlarını inkişaf etdirmək, dil öyrənməyə maraqlarını artırmaq və onlara əyləncəli, adaptiv öyrənmə mühiti təqdim etməkdir.