"Elektron estetika: Düşün, Dizayn Et, Yarat!" layihəsinin açılış tədbiri
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqənin qalib "Elektron estetika: Düşün, Dizayn Et, Yarat!" layihəsinin açılış tədbiri Şirvan şəhər M. İsrailov adına 18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-liseydə baş tutub.
Tədbirdə Şirvan şəhəri üzrə təhsil sektorunun əməkdaşı, məktəb direktoru, layihənin işçi heyəti, 50 dən çox müəllim və şagird iştirak edib. Tədbirdə təqdimatla çıxış edən layihə rəhbəri, təlimçi, ekspert tərəfindən layihənin məqsəd və vəzifələri, aktuallığı, fəaliyyət planına əsasən görüləcək işlər haqqında ətraflı məlumat verilib.
Təlimlər Şirvan şəhər M. İsrailov adına 18 nömrəliı təbiət, humanitar təmayüllü məktəb-liseydə 30 şagirdə keçiriləcək. 2 qrup – hər qrupda 15 nəfər olmaqla, 16 gün (hər təlim günü iki qrupla 4 saat, cəmi: 64 saat) təlim keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, təlimlərdə şagirdlərdə elektronikanın əsas prinsiplərini dərk etməklə, yeni dövrə topologiyalarını araşdırma, performansı optimallaşdırma və mühəndislik problemlərinə yeni həllər hazırlama bacarıqları formalaşacaq. Elektronikanın tədrisi tələbələrə bu sistemləri effektiv şəkildə layihələndirmək və problemlərin aradan qaldırılması üçün lazım olan bilik və bacarıqlara təmin ediləcəklər.
Qeyd edək ki, Pərvanə Hətəmova tərəfindən icra edilən layihənin əsas məqsədi elektronika dərslərini təşkil etməklə lehimləmə, sxemlərin yığılması və elektron sınaq avadanlığından istifadə kimi praktiki bacarıqlarının artırılmasına yönəlib.