"Riyaziyyatın interaktiv öyrənilməsi" adlı layihənin açılış mərasimi keçirilib
"Riyaziyyatın interaktiv öyrənilməsi" adlı layihənin açılış mərasimi keçirilib.
Layihənin açılış mərasimində Ağcabədi rayonu Nəcəfqulubəyli kənd tam orta məktəbin rəhbər və müəllim heyəti iştirak edib.
Layihə çərçivəsində “Mastery Class” yanaşması ilə Khan Academy materiallarına əsaslanan dərs proqramı hazırlanacaq və müəllimlərə platformadan istifadə üzrə təlimlər veriləcəkdir. Şagirdlər iki ay ərzində hər biri həftədə 3 saat olmaqla dərslərdə iştirak edəcəklər. Layihə müddətində interaktiv dərs metodları ilə 48 saat riyaziyyat tədris olunacaq, nəticələr isə monitorinq və sorğular vasitəsilə qiymətləndiriləcəkdir.
Xatırladırıq ki, "Riyaziyyat dərsinin şagirdlərin mənimsəmə tempinə uyğun öyrənmə imkanı" adlı layihə Nəcəfqulubəyli kənd tam orta məktəbdə Aydın Eyvazov tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi Khan Academy platformasında 6-cı sinif riyaziyyat materiallarını məktəb proqramına uyğunlaşdıraraq, şagirdlərə fərdi tempdə öyrənmə imkanı yaratmaq və müəllimlərin fərdi yanaşmanı tətbiq etməsi üçün şərait təmin etməkdir.