146
logo

“Təhlükəsiz mühit, uğurlu gələcək: Bullinqə son!” qrant layihəsinin açılış mərasimi keçirilib

  • Bazar ertəsi 2 Dekabr 2024



“Təhlükəsiz mühit, uğurlu gələcək: Bullinqə son!” qrant layihəsinin açılış mərasimi keçirilib
Açılış mərasimində Bakı şəhəri 287 nömrəli Zəkalar liseyinin direktoru Əhmədli Aygün, 191 nömrəli tam orta məktəbin direktoru Məcidova Leyla, 64 nömrəli tam orta məktəbin direktoru Rəhimova Səidə və 191 nömrəli tam orta məktəbin psixoloqu Cələbiyeva Samirə rəsmi çıxış ediblər. Sevinc Nəcəfova təqdimatla çıxış edərək iştirakçılara layihə çərçivəsində görüləcək işlərlə bağlı ətraflı məlumat verib.
Xatırladırıq ki, “Təhlükəsiz mühit, uğurlu gələcək: Bullinqə son!” qrant layihəsi Sevinc Nəcəfova tərəfindən Bakı şəhəri 287 nömrəli Zəkalar liseyində həyata keçirilir. Layihə çərçivəsində şagirdlər arasında zorakılıq hallarının qarşısının almaqla məktəb icması daxilində təhlükəsiz mühit yaradılması, məktəblərdə psixoloqlarla danışıqlar apararaq bullinqə məruz qalmış, o cümlədən bullinq etməyə meyilli olan 25 şagirdin seçilməsi, 2 ay olmaqla həftədə 2 dəfə qeyd edilən mövzu ətrafında təlim və maarifləndirici görüşlərin keçirilməsi və layihənin yekununda maarifləndirici videoçarxın hazırlanması nəzərdə tutulur.