"Süni intellekt əsaslı virtual biologiya" layihəsinin açılış tədbiri keçirilib
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Süni intellekt əsaslı virtual biologiya" layihəsinin açılış tədbiri keçirilib.
Layihənin açılış tədbirində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə,Təlimə Dəstək Mərkəzinin metodisti Çinarə Cəbrayılova, təlimçi Elnarə Nərimanova, məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər.
Layihənin əsas məqsədi süni intellektin və virtual laboratoriyaların imkanlarından istifadə edərək təhlükəsiz, xərcsiz və interaktiv öyrənmə mühitində təcrübələr keçirmək və bacarıqlar formalaşdırmaq, şagirdlərin gələcək karyera seçiminə şərait yaratmaq, müxtəlif ekoloji və bacarıq yönümlü layihələrdə iştirak etməkdir.
Layihə 4 ay müddətində davam edəcəkdir. Layihə çərçivəsində təlimlər 2 saat olmaqla 10 təlim günü (cəmi 20 saat) əyani və onlayn olmaqla həyata keçiriləcək. Təlimlərə fizika, kimya, biologiya, coğrafiya,təbiət fənlərini tədris edən mentor müəllimlərin və 6,7,8-ci sinif olmaqla 25 şagirdin cəlb edilməsi nəzərdə tutulur. Təlimlərin təşkilində məqsəd "Olab", "Quiver", "Virtualy-tee", "Phet-colorado", "Planeta 42", "Virtual anatomy", "3D Mozaik", "VR recorder", "Virtual anatomy" kimi platformaları ilə müəllimləri və şagirdləri tanış etmək, dərs prosesində tətbiqinə dəstək verməkdir.
Xatırladırıq ki, layihə Bakı şəhəri 164 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Məmmədova tərəfindən icra edilir.