Göygöldə “Şagirdlərin Skautink yolu ilə inkişafı” qrant layihəsi icra edilir
Göygöldə “Şagirdlərin Skautink yolu ilə inkişafı” qrant layihəsi icra edilir.
Layihə çərçivəsində məktəbdə skaut klublarının, müxtəlif bacarıqların inkişaf etdirilməsi üçün təlimlərin və düşərgələrin təşkili və s. nəzərdə tutulmuşdur. Layihədə məktəbin 14-17 yaşlı 30 şagirdlərdən ibarət “Cəngavər” Skaut dəstəsinin yaradılması və
müxtəlif məktəbdənkənar fəaliyyətlərin təşkili ilə qeyri-formal təhsilin inkişaf etdirilməsi hədəflənir.
Hökmran Qocayev tərəfindən Göygöl rayon Ə.Məmmədov adına Üçtəpə kənd tam orta məktəbində icra edilir. Layihənin əsas məqsədləri şagirdlərin müxtəlif sahələrdə, o cümlədən
əməkdaşlıq ,liderlik, komandanın idarə olunması, məsuliyyət daşıma və sosial münasibətlər kimi bacarıqlarının inkişaf etdirilməsi və
gücləndirilməsindən ibarətdir.