“İnteraktiv simulyasiyalarin dəstəyilə riyaziyyat fənninin əyləncəli və öyrədici təşkili” layihəsi icra olunur
“İnteraktiv simulyasiyalarin dəstəyilə riyaziyyat fənninin əyləncəli və öyrədici təşkili” layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə məktəbin direktoru Məmmədov Ramiz,Tovuz rayonu üzrə Təshil Sektorunun məsləhətçisi Musayev Elşən, metodistlər, valideyinlər və şagirdlər iştirak ediblər.
Tovuzda icra ediləcək layihə çərçivəsində məktəbin riyaziyyat müəllimlərinə PhET platforması ilə işləmək və interaktiv dərs təşkil etmək üçün təlimlər veriləcəkdir. Pilot mərhələdə 5 və 6-cı siniflərdən 48 şagird üçün 3 ay ərzində həftədə bir dəfə olmaqla 24 dərs keçiriləcəkdir. Layihənin sonunda Riyaziyyat gecəsi təşkil ediləcək və şagirdlər bu müddət ərzində öyrəndiklərini təqdim edəcəklər.
Xatırladırıq ki, "İnteraktiv simulyasiyaların dəstəyi ilə riyaziyyat fənninin əyləncəli və öyrədici təşkili" adlı layihə Tovuz şəhər N.Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseydə Səlmi Vəliyeva tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi PhET interaktiv simulyasiya platformasından istifadə edərək riyaziyyat dərslərini daha maraqlı və əyləncəli formada təşkil etməkdir.