“COP29 - Azərbaycanda” qrant layihəsi çərçivəsində təlim keçirilib
Layihənin fəaliyyət planına uyğun olaraq Beyləqan rayonunun Örənqala qəsəbə tam orta məktəbində yaradılmış “Ekoloji sağlamlıq Klubu” na (ESK) iki günlük təlim keçirilib. Təlim proqramına uyğun olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi qərarının əhəmiyyəti, uşaqların təhlükəsiz təmiz içməli suyun əhəmiyyəti ilə tanışlığı və tullantı sularının düzgün idarə edilməsi barədə bacarıqlarının artırılması, mövcud vərdişlərin təkmilləşdirilməsi barədə məlumat verilib.Təlimdə “Ekoloji Sağlamlıq Klubu” nun üzvü olan 20 şagird iştirak edib. Təlimi uğurla başa vuran iştirakçılar növbəti mərhələdə “Uşaqlar suyu israf etmir” (məktəbdə, açıq havada) yarışına qoşulublar.
Qeyd edək ki, layihə Beyləqan rayonun sudan daha çox əziyyət çəkən Kəbirli kəndi, Örənqala və Baharabad qəsəbə tam orta məktəblərində icra ediləcək. Hər məktəbdən seçilən 20 şagirddən ibarət “Ekoloji Sağlamlıq Klubu”(ESK) yaradılacaqdır və “ Təmiz ətraf mühit və yaşıl artım” mövzusunda təlim keçiriləcək. İştirakçılar növbəti mərhələdə“Uşaqlar suyu israf etmir” (məktəbdə açıq havada keçirilən) yarışına qoşulacaqdır.
Xatırladırıq ki, “COP29 - Azərbaycanda” layihəsi İlahə Süleymanlı tərəfindən həyata keçirilir. Layihə COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti, ümumi təhsil müəssisələrində bu istiqamətdə təşviqat və maarifləndirmə işlərinin aparılmasına məsuliyyət hissinin artırılması və görülən işlərə öz töhfəsinin verilməsinə hədəflənib.