146
logo

""Green hands, green bags" daha yaxşı gələcək üçün" layihəsinin açılış mərasimi

  • Çərşənbə axşamı 3 Dekabr 2024



Tərtər rayonu Aslan Kərimov adına 3 nömrəli ümumi orta məktəbdə Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi ""Green hands, green bags" daha yaxşı gələcək üçün" layihəsinin açılış mərasimi keçirilib.

4 ay müddətində davam edəcək layihənin həyata keçirilməsində əsas məqsəd şagirdləri ekoloji sahədə maarifləndirmək, ətraf mühitlə bağlı məlumatlılıqları artırmaq, asudə vaxtlarını səmərəli keçirmək, həmçinin şagirdlər tərəfindən hazırlanacaq "eco bag"-lər vasitəsilə birdəfəlik plastik istehlakının azaldılmasına dəstək olmaqdan ibarətdir.

Layihədə ibtidai siniflərdə təhsil alan 30 şagird seçilərək onlar üçün 1 ay müddətində həftədə 2 dəfə olmaqla tikiş kursu və boyama kursları keçiriləcək. Nəticədə 100 "eco bag" hazırlanaraq marketlərə və icmaya paylanacaq. Eyni zamanda ekoloji maarifləndirmə aksiyaları təşkil ediləcək.

Xatırladaq ki, ""Green hands,green bags": daha yaşıl gələcək üçün" adlı layihə adıkeçən məktəbin ibtidai sinif müəllimi Sultani Nigar İftixar qızı tərəfindən icra edilir.