146
logo

“Oynayaraq öyrənirik! İbtidai sinif şagirdlərinin məktəbdə fiziki fəallığının artırılması proqramı”layihəsi icra edilir

  • Çərşənbə 4 Dekabr 2024



“Oynayaraq öyrənirik! İbtidai sinif şagirdlərinin məktəbdə fiziki fəallığının artırılması proqramı” layihəsinin açılış mərasimi keçirilib.

Layihənin məqsədi ibtidai sinifdə təhsil alan şagirdlərin məktəbə olan həvəsini artırmaq, məktəbdə fiziki fəallıqlarına dəstək olmaq və bu yolla, onların akademik fəaliyyətinə müsbət yöndə təsir etmək üçün məktəbimizin həyətində oyun meydançasının qurulmasıdır.

Qeyd edək ki, layihə ibtidai sinif müəllimi Ləman Baratzadə tərəfindən Tərtər rayonu Əskipara kənd tam orta məktəbdə həyata keçirilir.

Layihə çərçivəsində məktəbin həyətində ibtidai sinif şagirdləri üçün oyun meydançası qurulacaq və meydançada şagirdlər üçün müxtəlif fəaliyyətlər həyata keçiriləcək.