Artikulyasiya akademiyası: şagirdlərin ictimai natiqlik proqramı
“Artikulyasiya akademiyası: şagirdlərin ictimai natiqlik proqramı” layihəsinin açılış tədbiri keçirilib.
Layihənin həyata keçirilməsində əsas məqsəd ibtidai sinif şagirdlərinin nitq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, özlərini ifadə qabiliyyətlərini gücləndirməkdən ibarətdir.
Qeyd edək ki, layihə Tərtər şəhər Şikar Şikarov adına 5 nömrəli tam orta məktəbdə tarix müəllimi Sərxan Yusifzadə tərəfindən 4 ay müddətində həyata keçiriləcək.
Layihə çərçivəsində məktəbdən 35 şagird seçilərək iki qrupa bölünəcəklər və onlar üçün 32 saatlıq təlim proqramı hazırlanacaq. Layihənin sonunda isə şagirdlərin layihədən əldə etdikləri nəticəni görmək üçün oxu müsabiqəsi keçiriləcək.