146
logo

"Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi

  • Çərşənbə 4 Dekabr 2024



""Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi" qrant layihəsi çərçivəsində açılış tədbiri keçirilib.

Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin akt zalında təşkil olunan tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Lənkəran rayonu üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Cəmil Axundzadə, ümumtəhsil müəssisələrinin rəhbərləri, məktəbin müəllimləri, şagirdlər, mətbuat nümayəndələri, layihənin heyəti və digər qonaqlar iştirak edib .

Xatırladırıq ki, ""Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi" qrant layihə Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin müəllimi Dünya Veysəlova tərəfindən icra olunur. Layihənin məqsədi Lənkəran rayonun məktəbliləri arasında ekoloji maarifləndirmə və mövzu üzrə divar-rəsm müsabiqəsi tədbirlərini təşkil etməklə onlarda yaşıl dünya naminə fəaliyyətləri formalaşdırmaq, inkişaf etdirməkdən ibarətdir.

Layihə çərçivəsində Lənkəran rayonu üzrə müəyyən olunmuş 15 ümumtəhsil müəssisəsinin hər birində 20 nəfər şagird üçün “Yaşıl dünya” mövzusunda maarifləndirici görüşlərin təşkil olunması, təlimdən sonra həmin məktəblərin müəyyən olunmuş yerlərində divarlara şagirdlər tərəfindən rəsmlərin çəkilməsi və bu proseslərdə iştirakçı məktəblilərin xüsusi sertifikatlarla təltif olunması nəzərdə tutulub.