"Beynəlxalq Qiymətləndirməyə Hazırlıq Proqramı (BQHP) - Khan Academy ilə
Vurğun qəsəbə H.Əzizov Adına Tam Orta Məktəbdə "Beynəlxalq Qiymətləndirməyə Hazırlıq Proqramı (BQHP) - Khan Academy ilə" layihə icra olunmağa başlayıb.
Şəfəq Musayeva tərəfindən qazanılmış qrant layihə, Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılmasına və şagirdlərin beynəlxalq qiymətləndirmə imtahanlarına hazırlığının artırılmasına yönəlmiş təşəbbüsdür.
Layihə çərçivəsində Vurğun qəsəbəsi H.Əzizov adına tam orta məktəbin 6-8-ci sinif şagirdləri beynəlxalq qiymətləndirmə imtahanlarına hazırlıq məqsədilə Khan Academy platformasından istifadə edərək riyaziyyat və həndəsə biliklərini təkmilləşdirəcəklər. Altı ay davam edəcək bu layihə, şagirdləri beynəlxalq standartlara uyğun tədris resursları ilə tanış edərək, PİSA kimi beynəlxalq qiymətləndirmələrə hazırlayacaqdır. Həftədə üç dəfə olmaqla təşkil ediləcək dərslər əvvəlcə başlanğıc testlərlə şagirdlərin bilik səviyyəsini müəyyənləşdirəcək, hər 15 dərsdən sonra isə inkişaf qiymətləndirmələri aparılacaq. Bu qiymətləndirmələr nəticəsində şagirdlərin güclü və zəif tərəfləri müəyyən ediləcək və ehtiyaclarına uyğun dəstək veriləcəkdir.
Xatırladırıq ki, “Beynəlxalq Qiymətləndirməyə Hazırlıq Proqramı (BQHP) - Khan Academy ilə” adlı layihə Vurğun qəsəbəsi H.Əzizov adına tam orta məktəbdə Şəfəq Musayeva tərəfindən həyata keçirilir. Layihənin məqsədi Azərbaycan təhsil sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq və şagirdlərin beynəlxalq imtahanlarda daha yüksək performans göstərmələrini təmin etməkdir.