146
logo

"Bullinqi birgə dayandıraq" layihəsinin açılış mərasimi keçirilib

  • Cümə axşamı 5 Dekabr 2024



"Bullinqi birgə dayandıraq" layihəsinin açılış mərasimi keçirilib.

Açılışda Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşı İlkin Abbasov, Şəmkir rayonu üzrə Təhsil Sektorunun müdiri Elşən Ələsgərov, məktəb direktorları, müəllimlər iştirak ediblər. Layihə rəhbəri Elza Hüseynova, layihənin icraçı psixoloqu Simuzər Hacıyeva çıxış edərək layihənin məqsədi barədə tədbir iştirakçılarını məlumatlandırıblar.

Layihənin məqsədi məktəblərdə bullinq hallarının qarşısını almaq, şagirdləri bu problemlə üzləşməkdən xilas etmək, bullerləri humanist əməkdaşlığa səsləməkdir.
Məlumat üçün bildirək ki, layihənin icra müddəti 4 aydır. Bu müddətdə psixoloq tərəfindən müəllim, valideyn və şagirdlərə təlimlər keçiriləcək. Şagirdlər arasında bullinq hallarının aşlarlanıb aradan qaldırılması üçün sorğu və seminarlar keçiriləcək.

Layihənin sonunda şagirdlər arasında bullinq hallarının azaldılması, depressiya, ifrat narahatlıq, psixoloji böhranın aradan qalxması, özünəinam hissinin artması, şagirdlərin həmyaşıdları, müəllimləri, valideynləri ilə münasibətlərinin yaxşıya doğru dəyişməsi, məktəbdə təhsilin keyfiyyətinin yüksəlməsi, akademik nəticələrin artması sonda gözlənilən nəricələrdir.

Xatırladaq ki, adıkeçən layihə Elza Hüseynova tərəfindən Şəmkirdə icra olunur.