146
logo

“Bir kənddən bir şəhərə”

  • Çərşənbə 13 Yanvar 2021



Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Göygöl rayon Pənahlılar kənd tam orta məktəb tərəfindən həyata keçirilən “Bir kənddən bir şəhərə” adlı layihə çərçivəsində silsilə təlimlər keçirilmişdir. Təlimlərdə şagirdlərə "Şagird müəllim münasibətlərinin tənzimlənməsi", "Məktəbimdə görmək istəyirəm..", "10 il sonra özümü görürəm", "Dərsdə istərdim", “Şagirdlərin dərsə cəlb olunması” və “Valideynlərlə düzgün münasibət” mövzularında məlumatlar verilmişdir.

Eyni zamanda, müəllimlər üçün təşkil olunan təlimlərlərdə müdavimlər müasir təlim metodlarından fəal dərsin mərhələlərindən istifadə üsulları barədə məlumatlandırılmışlar. Kənd məktəbi şagirdləri ilə şəhər məktəbinin müəyyənləşdirilmiş şagirdlərinin görüşünün təşkili ilə layihə iştirakçıları dərslərdə və dərsdənkənar fəaliyyətlərdə yaxından iştirak ediblər. Təlimlərin nəticəsində şagirdlərin bir-biri ilə əlaqə yaratması, yeni dostlar qazanması layihənin böyük uğurlarından biri hesab edilir. Bundan başqa müəllimlərin pedaqoji əməkdaşlıqlarının inkişaf etdirilməsi məqsədi ilə keçirilən görüşlərdə qarşılıqlı diskusiya onların inkişafına müsbət təsir göstərdi Eyni zamanda layihə müddətində Heydər Əliyev park kompleksinə və Nizami Gəncəvi məqbərəsinə ekskursiyalar təşkil edilib.

Layihənin videoçarxını linkə daxil olaraq izləyə bilərsiniz: https://youtu.be/AL5bAReJuQA