“İngilis dilinin tədrisində “Ewa” proqramının dəstəyi” layihəsinin açılış mərasimi keçirilib
“İngilis dilinin tədrisində “Ewa” proqramının dəstəyi” layihəsinin açılış mərasimi keçirilib.
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olmuş layihənin açılış mərasimində məktəb rəhbərliyi, müəllimlər, layihənin işçi heyəti iştirak edib.
Layihə çərçivəsində təyin ediləcək meyarlar əsasında ingilis dili üzrə əlavə məşğələlər keçirilməsinə ehtiyac olan 15 nəfər şagird seçiləcəkdir. 6 ay ərzində dərsdənkənar fəaliyyət formasında “Ewa” proqramından istifadə etməklə məşğələlər təşkili olunacaq və “Ewa” proqramından rahat istifadə etmək üçün qulaqcıqlar alınacaqdır.
Xatırladaq ki, layihə Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 143 nömrəli tam orta məktəbdə Elvina Hüseynova tərəfindən icra olunur. Lahiyənin əsas məqsədi “Ewa” tətbiqi proqramının köməyilə 4-cü sinif şagirdləri üçün ingilis dilinin tədrisini daha əyləncəli, maraqlı formada təşkil edərək onların bu fənn üzrə bilik və bacarıqlarını möhkəmləndirməsinə dəstək verməkdən ibarətdir.