"Hər bir akademik uğurun əsası riyaziyyatdır" layihəsinin icrasına başlanılıb
- "Hər bir akademik uğurun əsası riyaziyyatdır" layihəsinin icrasına başlanılıb.VIII qrant müsabiqəsində qalib gəlmiş "Hər bir akademik uğurun əsası riyaziyyatdır" layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak ediblər.Layihə çərçivəsində Khan Academy materiallarına əsaslanan 4 aylıq dərs proqramı hazırlanacaq və 25 nəfər şagirdə həftədə 2 dəfə, hər dərs 1 saat olmaqla tədris ediləcək. Ümumilikdə 32 saatlıq dərs proqramı çərçivəsində şagirdlərin qavrama səviyyəsi aylıq imtahanlarla qiymətləndiriləcək. Layihə çərçivəsində məktəbdə riyaziyyat dərnəyi yaradılacaq, və dərnəkdə fəaliyyət göstərmək istəyən müəllimlər üçün iş qrafiki və tədris proqramı tərtib ediləcəkdir.Xatırladırıq ki, "Hər bir akademik uğurun əsası riyaziyyatdır" adlı layihə Tatar kənd tam orta məktəbdə Murad Rasulov tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi 4-cü sinif şagirdlərinin Khan Academy platformasında yerləşən riyaziyyat materiallarını milli kurikulum əsasında öyrənməsini təmin etmək və şagirdlərin biliklərini dərinləşdirməkdir.