146
logo

"Şagirdlərin şifahi və yazılı nitqinin inkişaf etdirilməsinə dəstək" adlı layihə icra olunur

  • Cümə axşamı 19 Dekabr 2024



"Şagirdlərin şifahi və yazılı nitqinin inkişaf etdirilməsinə dəstək" adlı layihənin açılış mərasimi keçirilib.
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş bu layihənin açılışında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşları Ramin Mahmudov, Namik Hümbətov, Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbin direktoru Sevil Allahverdiyeva və müəllimlər iştirak edib.
Layihə çərçivəsində məktəbin VIII-XI sinif şagirdləri üçün şifahi və yazılı nitq bacarıqlarını inkişaf etdirmək məqsədilə “Ünsiyyət klubu” yaradılacaqdır. Klubda həftədə 2 dəfə olmaqla, ümumilikdə 24 saatlıq təlim proqramı təşkil ediləcəkdir. Proqram, şagirdlərdə akademik yazı və şifahi ünsiyyət bacarıqlarını inkişaf etdirmək məqsədilə hazırlanmış xüsusi təlim modullarından ibarət olacaqdır. Təlimlər həm yerli, həm də Türkiyədən dəvət olunmuş ekspertlərin iştirakı ilə hibrid formatda həyata keçiriləcək və 3 ay davam edəcəkdir. Layihənin sonunda ""Yaşıl dünya naminə həmrəylik ili"" mövzusunda esse müsabiqəsi keçiriləcək və qaliblər mükafatlandırılacaqdır.
Xatırladırıq ki, "Şagirdlərin şifahi və yazılı nitqinin inkişaf etdirilməsinə dəstək" adlı layihə Hacıyev Qismət Adıgözəl tərəfindən həyata keçirilir. Layihənin məqsədi, şagirdlərdə yazılı və şifahi ünsiyyət bacarıqlarını gücləndirmək, onların ifadə qabiliyyətini və müzakirə mədəniyyətini inkişaf etdirməkdir. Bu layihə sayəsində şagirdlər öz fikirlərini daha səlis ifadə etmək bacarığı qazanacaq və akademik nailiyyətlərində irəliləyiş əldə edəcəklər.