"Aİ texnologiyalarının dərs prosesində etik və məsuliyyətli tətbiqi" adlı layihənin müəllimlər üçün olan təlimlərinə start verilib
"Aİ texnologiyalarının dərs prosesində etik və məsuliyyətli tətbiqi" adlı layihənin müəllimlər üçün olan təlimlərinə start verilib.
Layihənin icra planına əsasən müəllimlərin ehtiyaclarının qiymətləndirilməsi aparılıb və əldə edilən məlumatlar əsasında xüsusi təlim proqramı hazırlanıb.
Onlayn formatda keçirilən 3 günlük təlim süni intellektə giriş, Aİ platformaları, prompt mühəndisliyi, əsas texnikalar, "chatbot"-un yaradılması kimi mövzuları əhatə edib.
Qeyd edək ki, layihə çərçivəsində 20 məktəbdə əyani və onlayn formatda təlimlər keçiriləcək, müəllimlərə dərs planlaması, qiymətləndirmə və testlərin hazırlanmasında "Chat GPT"-dən səmərəli istifadə üsulları öyrədiləcəkdir. Eyni zamanda, təhsildə AI-nin etik istifadəsi mövzusunda təlimlər keçiriləcək və məlumatların məxfiliyi, təhlükəsizlik və qərəzsizlik mövzuları vurğulanacaqdır. Layihənin sonunda təlim proqramının təsiri qiymətləndiriləcək və davamlı öyrənmə üçün resurs deposu yaradılacaqdır. Layihə çərçivəsində təcrübəli 10 müəllim seçilərək gələcəkdə layihəni davam etdirmək məqsədilə təlimçi kimi hazırlanacaqdır.
Xatırladırıq ki, "AI texnologiyalarının dərs prosesində etik və məsuliyyətli tətbiqi" layihəsi Nəcəfqulubəyli kənd tam orta məktəbdə Vüsalə Əliyeva tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi süni intellektin tədrisə inteqrasiyası ilə bağlı müəllimlərin biliklərini artırmaq, "Chat GPT" texnologiyasının tədrisdə istifadəsinə dair praktiki təlimlər təşkil etmək və etik-məsuliyyətli istifadə qaydalarını öyrətməkdir.