"Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihənin açılış mərasimi
"Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihənin açılış mərasimi keçirilib.
Layihənin açılış tədbirində Cəlilabad rayonu S.Əsədov adına Əliqasımlı kənd tam orta məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib.
Layihənin məqsədi şagirdlərin fiziki, sosial, intellektual və emosional sahələrdə inkişafına dəstək vermək və onları praktik olaraq “edərək-öyrənmə” mühitində fəal iştirak etməyə təşviq etməkdir.
Layihə çərçivəsində məktəbin 5-6-cı sinif şagirdləri üçün qeyri-formal təhsil metodlarına əsaslanan kompleks fərdi inkişaf proqramı həyata keçiriləcəkdir. Bu proqram çərçivəsində şagirdlərin fiziki, sosial, intellektual, emosional və mənəvi inkişafını dəstəkləyən fəaliyyətlər planlaşdırılır. Layihə daxilində ilkin olaraq geniş təqdimatlar keçiriləcək, 30 şagird seçiləcək və onların inkişaf ehtiyaclarına uyğun olaraq təlim proqramları hazırlanacaq. Qeyri-formal təhsil metodlarını tətbiq edən klub yaradılacaq və 3 ay müddətində intensiv məşğələlər təşkil ediləcəkdir. Layihənin yekununda şagirdlər üçün 2-3 günlük yaz və ya yay məktəbinin təşkili nəzərdə tutulub.
Xatırladırıq ki, "Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihə Tural Mehtiyev tərəfindən icra edilir.