"Coğrafiyanın simulyativ tədrisi" layihəsi çərçivəsində təlimlər davam edir.
"Coğrafiyanın simulyativ tədrisi" layihəsi çərçivəsində təlimlər davam edir.
Xatırladırıq ki, "Coğrafiyanın simulyativ tədrisi" adlı layihə Suraxanı rayonu 317 nömrəli tam orta məktəbdə Leyla Əliyeva tərəfindən həyata keçirilir. Layihənin məqsədi, PhET platformasında mövcud olan yer elmləri üzrə interaktiv simulyasiya oyunlarını tətbiq etməklə şagirdlərin coğrafiya fənninə marağını artırmaq və bu təcrübəni məktəbdə genişləndirməkdir.
Şagirdlər virtual mühitdə müxtəlif coğrafi prosesləri müşahidə edib, öz biliklərini praktiki olaraq tətbiq etmək imkanı qazandılar. Bu yanaşma həm dərsi daha dinamik və cəlbedici edir, həm də şagirdlərin mövzuları dərindən mənimsəməsinə şərait yaradır.