"Masaüstü intellektual oyunun köməyilə Qarabağ tarixinin interaktiv öyrədilməsi" layihəsinin təlimat videosu
"Masaüstü intellektual oyunun köməyilə Qarabağ tarixinin interaktiv öyrədilməsi" layihəsinin təlimat videosunu təqdim edirik.
Layihə çərçivəsində "Bilgə Qarabağ" adlı intellektual oyun vasitəsilə Qarabağın tarixi, mədəniyyəti və incəsənətinin interaktiv şəkildə öyrədilməsi planlaşdırılır. İlkin mərhələdə Türkiyə və Azərbaycandan 4 nəfərlik ekspert qrupu formalaşdırılacaq və oyunun məzmunu hazırlanacaqdır. İcra planına əsasən təlimat videosu çəkilib və oyunlar çap edilərək Azərbaycana gətirilib. Daha sonra, rəsmi şəxslər və digər qonaqların iştirakı ilə təqdimat mərasimi keçiriləcək və məktəblərə oyunun istifadəsi ilə bağlı təlimlər veriləcəkdir.
Xatırladırıq ki, "Masaüstü intellektual oyunun köməyilə Qarabağ tarixinin interaktiv öyrədilməsi" adlı layihə Məmmədova Xəyalə tərəfindən həyata keçirilir. Layihənin məqsədi Qarabağın tarixini, mədəniyyətini və incəsənətini məktəblilər arasında təbliğ etmək və onların bu mövzuda biliklərini zənginləşdirməkdir. Layihə çərçivəsində şagirdlərin Qarabağ mədəniyyəti ilə tanış olması və məktəbdaxili zəka müsabiqələrində iştirak etməsi nəzərdə tutulur. Layihə ilk dəfə Azərbaycanda Səbail rayon H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyinin müəllimi Turanə Məcidli tərəfindən Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində qrant qazanıb. VIII qrant müsabiqəsində isə Xəyalə Məmmədova tərəfindən ikinci dəfə tətbiq edilir.