“Sağlam ol!” layihəsinin yekun tədbiri keçirildi!
Təhsildə
inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olan Şəki şəhər 17 saylı tam orta məktəbin icra
etdiyi “Sağlam ol!” adlı layihənin məqsədi təhsilin
keyfiyyətinin yüksəldilməsi üçün sağlamlığı təbliğ edən maarifləndirici
tədbirin təşkili və məktəbdə sağlam mühitin yaradılmasına nail olmaqdır. Pandemiya
müddətində şagirdlərin seminarlara cəlb edilərək maariflənməsi, onlarda seminar
müddətində bir çox yaxşı xüsusiyyətlərin formalaşmasına, xəstəliklər haqqında
maariflənmələrinə, eləcə də müayinə və müalicə işlərinin aparılmasına nail
olunmuşdur.
Layihə
çərçivəsində işçi heyəti müəyyənləşdirilmiş, məktəb psixoloqları, məktəblərin
inzibati-idarəetmə heyəti, şagirdlərdə mövcud sağlamlıq durumunu dəyərləndirmək
üçün məktəblərdə fəaliyyət göstərən tibb bacıları ilə online sorğu
keçirilmişdir 5 ümumi təhsil müəssisəsindən 300 şagird seçilmiş və müəyyən
olunmuş istiqamətlər üzrə ( göz, fiziki inkişaf, ağız boşluğu infeksiyaları,
dəri xəstəlikləri) maarifləndirici online seminarlara cəlb olunmuşlar.
Şagirdlərlə
yanaşı müəllimlərə və valideynlərə də “Məktəbdə sağlam psixoloji mühit necə
olmalıdır?” mövzusunda onlayn seminar keçirilmiş, seminarda əlavə təhsil
mərkəzinin eksperti ilə yanaşı məktəb psixoloqu və layihədə iştirak edən həkim
və tibb bacıları da iştirak etmişlər.
Layihənin
yekununda hesabat xarakterli yekun tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə
layihə rəhbəri Gülnarə Nəsibova açmış, tədbirin məqsədini qeyd edərək, layihənin
icra müddətində (4ay) həyata keçirilmiş işlər haqqında videoçarx nümayiş
etdirmişdir. “Sağlam ol!” layihəsinin sevimli iştirakçıları olan
şagirdlərin,müəllimlərin, valideynlərin layihə müddətində layihənin icrasından
nə əldə etdiklərinə dair ayrı-ayrılıqda fikirləri dinlənilmişdir. Sonda
G.Nəsibova qonaqlara ayrı-ayrılıqda, bütün iştirakçılara tədbirdə iştirak
etdikləri üçün dərin minnətdarlığını bildirərək, layihənin iştirakçısı olmuş
məktəblərə sertifikatlar təqdim etmişdir.
https://youtube.com/watch?v=vvUvTHeqDsU&feature=share
https://youtube.com/watch?v=vvUvTHeqDsU&feature=share