146
logo

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə qəbul başladı!

  • Bazar ertəsi 1 Mart 2021



Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə qəbul bu gün başladı və 01.04.2021-ci il tarixinədək davam edəcək.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 01.03.2021-01.04.2021 tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçirilir.

• “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə iştirak edə bilər.

• “Fərdi” kateqoriya üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər.

• Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər.

• Təhsildə inkişaf və innovasiyalar üzrə əvvəlki qrant müsabiqələri çərçivəsində maliyyələşdirilmiş və 01.04.2021 tarixinədək icrası başa çatmamış yaxud yekun hesabatı təqdim edilməmiş layihələrin resipiyentlərinin müsabiqədə iştirakına yol verilmir.