Şagirdlər Khan Academy Azərbaycan dilindəki platforma üzərindən tapşırıqları fəal şəkildə yerinə yetirirlər
Günay Ələsgərova rəhbərliyi ilə həyata keçirilən “Rəqəmsal siniflər və LearnStorm vasitəsilə şagirdlərin öyrənmələrinin inkişaf etdirilməsi” layihəsi şagirdlərin təhsilinə mühüm töhfələr verməkdədir.
Layihə çərçivəsində şagirdlər Khan Academy Azərbaycan dilindəki platforma üzərindən tapşırıqları fəal şəkildə yerinə yetirirlər. Bu, onlara yalnız biliklərini möhkəmləndirməyə deyil, həm də məsələlərin həlli yollarını daha dərindən təhlil etmək və analiz etmək bacarıqlarını inkişaf etdirməyə imkan verir.
Layihə, həmçinin şagirdlərin təhsilə olan marağını artırmış, onları interaktiv videolar izləməyə və öyrənmə prosesinə daha fəal şəkildə qoşulmağa təşviq edir. İnnovativ tədris metodları və rəqəmsal vasitələrin istifadəsi sayəsində şagirdlərə öyrənməni daha maraqlı və əyləncəli şəkildə təqdim etmək mümkün olur.
Ağstafa rayonu, Aşağı Göyçəli kəndindəki Ə.Həmidoğlu adına tam orta məktəbdə həyata keçirilən bu layihə məktəb şagirdləri üçün böyük əhəmiyyət kəsb edir. Onlar həm müasir təhsil texnologiyalarından istifadə etməklə, həm də təhsil səviyyələrini yüksəltməklə gələcəkdə daha geniş imkanlara sahib olurlar. Həmçinin layihə ölkəmizdə rəqəmsal təhsilin inkişafına töhfə verir və şagirdlərə müasir dünya ilə ayaqlaşmaq üçün lazım olan bacarıqları qazandırır.