146
logo

VIII qrant müsabiqəsinin qalibi olan "İncəsənət otağı" layihəsinin açılış mərasimi keçirilib

  • Cümə 17 Yanvar 2025



Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "İncəsənət otağı" layihəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimi Xocavənd rayonunun Qaradağlı kənd tam orta məktəbində təşkil olunub. Tədbirdə rayon icra hakimiyyəti və təhsil sektorunun əməkdaşları, məktəb direktorları iştirak edib.
Layihə çərçivəsində 60 şagird üçün gil qablarının hazırlanması, tikiş, muncuq hörmə texnikası və ebru sənəti üzrə 7 master-klass keçiriləcək. Layihənin sonunda isə "İncəsənət otağı" klubu yaradılacaq.
Xatırladaq ki, “İncəsənət otağı” layihəsi Xocavənd rayon 4 nömrəli tam orda məktəbin müəllimi Ləman Cəfərova tərəfindən icra edilir. Layihəsinin əsas məqsədi təhsilalanların vizual bacarığının inkişaf etdirilməsi, müəyyən səbəblərdən təhsilini davam etdirə bilməyən şagirdlərin fərqli peşə sahələri öyrənmələrinə, gələcəkdə təhsilini bu istiqamət üzrə davam etdirəcək uşaqların praktiki bacarıqlarının inkişafına dəstək olmaqdır.