“Biz birlikdə əylənirik “ adlı layihənin açılış mərasimi keçirilib.
“Biz birlikdə əylənirik “ adlı layihənin açılış mərasimi keçirilib.
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş layihənin açılışında Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Gülnarə Qurbanova, İsmayıllı rayonu Qalacıq kənd tam orta məktəbinin direktoru Rusan Qasımov, layihənin işçi heyəti, Gəndov kənd ümumi orta məktəbin müəllim kollektivi və valideynlər iştirak edib.
Layihə çərçivəsində 8-14 yaşlı şagirdlərə 4 ay müddətində aktiv həyat tərzi, ünsiyyət bacarıqları və qədim uşaq oyunları haqqında maarifləndirici təlimlər təşkil ediləcək, şagirdlər qədim oyunlardan bir neçəsini oynayacaqlar.
Xatırladaq ki, “Biz birlikdə əylənirik” adlı layihə İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbində Nazim Salmanov tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdlərdə birgə əməkdaşlığı formalaşdırmaq, onlara fiziki fəallığın əhəmiyyəti haqqında məlumat vermək, düzgün həyat tərzi keçirməkdə onlara kömək etmək, oyun və ünsiyyət bacarıqlarını formalaşdırmaq, sosial şəbəkələrdə vaxt keçirmək yox, açıq havada yoldaşları ilə ünsiyyət qurmağın daha faydalı olduğunu təbliğ etmək, qədim uşaq oyunları ilə onları tanış etməkdən ibarətdir.