146
logo

Şagirdlərimiz Lənkəran STEAM Mərkəzində ekskursiyada olub

  • Cümə axşamı 30 Yanvar 2025



Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi olan "Şagirdlərlə "Escape room" STEAM araşdırmaları" layihəsinin iştirakçıları olan şagirdlərimiz Lənkəran STEAM Mərkəzində ekskursiyada olub, praktik fəaliyyətlər icra ediblər.  

Xatırladaq ki, 4 ay müddətində davam edəcək layihənin məqsədi Cəlilabad rayon kənd məktəblərinin şagirdlərinin cəlb olunduğu, beynəlxalq yanaşmada mühəndis-dizayn, proqramlaşdırma, layihələndirmə vərdişləri formalaşdmaq üçün uğurlu və innovativ “Escape room” üsulunda fəaliyyətlər tətbiq edərək, problem həlletmə bacarıqlarına malik olan, çevik nəsli yetişdirmək və bu bacarıqları STEAM əsaslı müxtəlif yerli və beynəlxalq müsabiqələrdə sınamaqdır. 

Qeyd edək ki, layihə çərçivəsində Cəlilabad məktəblərində təhsil alan 30 şagird "Escape room" fəaliyyət planı hazırlayacaq, mühəndis-dizayn, proqramlaşdırma, layihələndirmə fəaliyyətlərinə cəlb olunacaq, kiçik qruplarla və tapşırıqlar icra edəcəklər. 

 Xatırladaq ki, layihə Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Zülfiyyə Əmənova tərəfindən həyata keçirilir.