"Şəhid arzusunun izi ilə" layihə çərçivəsində təlimlər davam edir
"Şəhid arzusunun izi ilə" layihə çərçivəsində təlimlər davam edir.
Təlimlər 30-45 məktəbli idmançının iştirakı ilə Quba Olimpiya Kompleksində Quba FRİTL liseyinin müəllimi, beynəlxalq dərəcəli məşqçi Telman Məhərrəmov tərəfindən keçirilir.
Qeyd edək ki, şəhid Kərəm Veyisovun ən böyük arzusu general Polad Həşimov adına kikboks üzrə yarış təşkil etmək idi. Şəhidin arzusunu reallaşdırmaq qərarı ilə Arzu Nəsibovanın təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə təqdim etdiyi layihə qrant qazanaraq icra edilir.
Xatırladırıq ki,"Şəhid arzusunun izi ilə" layihəsinin rəhbəri Xaçmaz rayonu Füzuli Yarməmmədov adına Gülalan kənd tam orta məktəbinin biologiya müəllimi Arzu Nəsibovadır. Layihənin icrası zamanı təlim məşqlərindən yararlanan idmançılar Quba Olimpiya Kompleksində keçiriləcək General Polad Həşimov adına kikboksinq yarışında iştirak edəcəklər. Şabran, Quba, Qusar və Xaçmaz məktəbliləri bu yarışmada güclərini sınayacaqlar.