146
logo

"Dağlıq-Şirvan region məktəblilərinin I MUN konfransı" layihəsi çərçivəsində "Model United Nations" konfransı keçirilib

  • Cümə axşamı 30 Yanvar 2025



"Dağlıq-Şirvan region məktəblilərinin I MUN konfransı" layihəsi çərçivəsində "Model United Nations" konfransı keçirilib.  

Nəzrin Süleymanovanın fasilitatorluğu ilə komanda qurucu oyunlarda müəllimlər və şagirdlər bir-biriləri ilə yaxından tanış olublar. Oyunda 80 şagird və 16 müəllim iştirak edib. MUN konfransının simulyasiya zamanı 40-a yaxın ölkənin nümayəndələrindən ibarət 4 komitə yaradılıb. 

Simulyasiya çərçivəsində “Baş Assambleya”, “Təhlükəsizlik Şurası”, “İqtisadi və Sosial Şura” və “Ətraf Mühit üzrə İxtisaslaşdırılmış Komitə” razılaşdırılmış komitələr iştirak edib və “İqlim və insan hüquqları: Gələcək nəsillər üçün yaşıl dünyanın qurulması”, ” İqlim dəyişikliyi və böhranlar: Təhlükəsizlik sahəsində yeni təhlükələr”, “Yoxsul ölkələrdə dayanıqlı inkişaf və iqlim dəyişiklikləri” və “Yenilənə bilən enerji mənbələrinə keçid və qlobal əməkdaşlıq” mövzular çərçivəsində müzakirələr aparılıb. Konfransda müxtəlif ölkələri təmsil edən iştirakçılar qeyd edilən mövzular çərçivəsində təklifləri səsləndiriblər və təkliflər səsverməyə çıxarılıb. Tədbirin axırında qətnamə qəbul edilib.  

Xatırladırıq ki, “Dağlıq-Şirvan region məktəblilərinin I MUN konfransı” adlı layihə, Osmanov Ülvi tərəfindən həyata keçirilir. Layihənin məqsədi region məktəbliləri üçün MUN konfransı təşkil etməklə onların akademik bacarıqlarını inkişaf etdirməkdir. Bu layihə eyni zamanda İngilis dili və MUN təcrübəsi olan şagirdlər üçün beynəlxalq səviyyədə təmsil olunma imkanı yaradır.