146
logo

"Direktorun əl kitabı: Məktəbin idarə olunması” adlı vəsait nəşr olundu!

  • Cümə 7 May 2021



Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olmuş "Direktorun əl kitabı” layihəsi çərçivəsində "Direktorun əl kitabı: Məktəbin idarə olunması” adlı kitab işıq üzü görüb.  Kitabın elmi redaktoru Qoşqar Məhərrəmovun sözlərinə görə, nəşrdə məktəbin, təhsilin idarə olunması, məktəbdə təşkilati davranış, liderlik, strateji planlaşdırma və s. mövzular əhatə olunub.  "Kitab təhsil işçilərinin və məktəb direktorlarının liderlik və məktəbi idaretmə bacarıqlarını inkişaf etdirmə məqsədi ilə çap edilib. Kitaba keçid edərək telefon və kompüterdən zaman və məkan məhdudiyyəti olmadan oxuya, öyrənə, dəyişə və dəyişdirmək mümkündür.

Eyni zamanda, layihə çərçivəsində https://direktorunelkitabi.az adlı sayt yaradılmış və istifadəyə verilmişdir. Saytda yerləşdirilən videolar sayəsində isə müəlliflərlə və bölmələrin qısa məzmunu ilə tanış olmaq olar”. 
            Nəşrin müəllifləri Dadaş Əliyev, Könül Abaslı, Qoşqar Məhərrəmov və Rza Məmmədovdur. Layihə çərçivəsində çap olunan 100 ədəd kitab məktəb direktorlarına ödənişsiz paylanmışdır.  

Vəsaiti əladə etmək üçün linkə daxil ola bilərsiniz: https://grants.edu.az/publish

Layihənin tanıtım çarxını izləmək üçün linkə daxil ola bilərsiniz: https://youtu.be/T6mQOLMFhmU