“Təhsil üçün birlik, birlik üçün incəsənət” layihəsi icra olunmağa başlayıb
“Təhsil üçün birlik, birlik üçün incəsənət” layihəsinin açılış mərasimi keçirilib.
Bakı şəhəri Yasamal rayonu 53№-li tam orta məktəbin “Təhsil üçün birlik, birlik üçün incəsənət” adlı layihəsinin açılış mərasimi baş tutub.
Layihənin məqsədi sülh mədəniyyəti üzrə təlim kursu və incəsənət təşəbbüsləri vasitəsilə şagirdlər arasında sağlam və faydalı münasibətlərin inkişaf etdirilməsidir.