“Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsinin sonuncu təlimi keçirilib
“Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsinin sonuncu təlimi keçirilib
Təlimin mövzusu "Konfort zonası və neyrocalışmalar"dır. Təlimdə 9, 10 və 11-ci siniflərdən ibarət 51 şagird iştirak edib.
Xatırladaq ki, “Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsi Bakı şəhəri 288 nömrəli tam orta məktəbin müəllimi Məlahət Budaqova tərəfindən icra olunur. Layihənin məqsədi şagirdlərin natiqlik və ünsiyyət bacarıqlarını inkişaf etdirmək və onları ictimai çıxışlarda daha uğurlu, özünə inamlı və xarizmatik natiq kimi yetişdirməkdir.