146
logo

"Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihənin təlimləri davam edir

  • Cümə 31 Yanvar 2025



"Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihənin təlimləri davam edir.
Təlim modulu "Peşə təhsilinin əhəmiyyəti", "Şəxsi maraqların və güclü tərəflərin kəşfi", "Özünüqiymətləndirmə anketlərinin doldurulması" və "Şəxsi güclü tərəflərin müzakirəsi" mövzuları ətrafında keçirilib. Təlimin irəliləyən dəqiqələrində isə praktiki tapşırıq "Mən kiməm?" posteri hazırlamaqla yekunlaşıb.
Qeyd edək ki, IX-XI-ci sinif şagirdlərinə peşə təhsili və karyera planlaşdırması mövzularında geniş maarifləndirmə aparılıb.
Xatırladırıq ki, "Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihə Quliyeva Aygün Məhərrəm qızı tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdləri erkən yaşlardan peşə təhsilinə yönəltmək, onların karyera seçiminə dair biliklərini artırmaq və iş dünyası ilə məktəb arasındakı əlaqələri möhkəmləndirməkdir.