146
logo

"İngilis dili müəllimlərinin IELTS hazırlığı” layihəsi çərçivəsində dərslərə start verilib.

  • Cümə 31 Yanvar 2025



"İngilis dili müəllimlərinin IELTS hazırlığı” layihəsi çərçivəsində dərslərə start verilib.  

 İlk dərslərdə iştirakçı müəlimlər ilə tanışlıq sessiyası baş tutub, təlimçi tərəfindən İELTS imtahanında uğurlu nəticə əldə etmək üçün tələb olunan biliklər haqqında məlumat verilib. IELTS-in strukturu, qiymətləndirilməsi və qaydalarının təqdimatı keçirilib, həmçinin qiymətləndirmə və İELTS diaqnostik testi keçirilib.  

 Xatırladırıq ki, “İngilis dili müəllimlərinin IELTS hazırlığı” qrant layihəsi Arifə Rəsulova tərəfindən Daşkəsən rayon Quşçu kənd Əli İsmayılov adına tam orta məktəbdə təşkil olunur. Layihə çərçivəsində ingilis dili müəllimlərinin beynəlxalq səviyyədə dil biliklərinin artırılması və IELTS sertifikatını ilə müəllimlərin təmin edilməsi, məktəb üzrə 4 ingilis dili müəlliminin seçilərək 4 ay müddətində həftədə iki dəfə iki saatlıq dərslərə cəlb edilməsi, hər ayın sonu müəllimlərin öyrənmə səviyyələrinin yoxlanılması üçün imtahanın keçirilməsi, məktəbdə dil dərnəyinin yaradılması nəzərdə tutulur.