“Mənim şagird dostlarım” layihəsi icrasını davam etdirir
“Mənim şagird dostlarım” layihəsi icrasını davam etdirir
Layihə çərçivəsində keçirilən təlimlərin hər birində ayrı-ayrılıqda 30 nəfər olmaqla şagird, həmçinin valideynlər iştirak edib.
Təlimlər zamanı şagirdlərin özlərinə əhatələrində olan uşaqlardan düzgün dost seçmələri, dostluq əlaqələrinin sağlam irəliləməsi, eləcə də bu yolda valideyn və müəllimlərin üzərinə düşən işdən danışıldı. Bundan əlavə, “Şagird dostlar”ın üzərinə düşən məsuliyyət mövzusunda şagird, valideyn və müəllimlərlə müxtəlif maarifləndirici söhbətlər aparılıb. Valideynlər, müəllimlər, o cümlədən şagirdlər qarşılaşdıqları müxtəlif çətinliklər barədə təlimçi və psixoloqla ətraflı müzakirələr aparıblar.
Xatırladaq ki, layihə Bakı şəhəri A.Şaiq adına 54 saylı tam orta məktəbdə Dürdanə Vəliyeva tərəfindən həyata keçirilib.