146
logo

“Sosial sahibkarlıq ideyaları çempionatı” layihəsi davam edir

  • Şənbə 1 Fevral 2025



“Sosial sahibkarlıq ideyaları çempionatı” layihəsi davam edir.
Layihənin ilk mərhələsində 30 şagird üçün sosial sahibkarlıq, sosial sahibkarlıq ideyaları, problemlərin ideyalara çevrilməsi, sahibkarlıq, komanda quruculuğu, təqdimat bacarıqları və s. mövzularda təlimlər təşkil edilib. Təlimlərdə komanda və qrup işləri, müxtəlif interaktiv metodlardan istifadə edilib.
Növbəti mərhələ çempionat mərhələsi olacaqdır. Belə ki, hal-hazırda 6 komanda fevral ayında keçiriləcək çempionat üçün sosial sahibkarlıq ideyaları üzərində çalışır və təqdimat hazırlayır.
Xatırladırıq ki, “Sosial sahibkarlıq ideyaları çempionatı” layihəsi Xarxatan kənd tam orta məktəbinin ingilis dili müəllimi Şabəyim Həbibzadə tərəfindən icra edilir. Çempionat günü isə məktəblilər komanda şəklində sosial sahibkarlıq üzrə müəyyən etdikləri ideyaları təqdim edəcəklər. Sonda iştirak edənlərə sertifikat və hədiyyələr təqdim ediləcəkdir.