“OrdEng” tətbiqi - İngilis dili fənnindən buraxılış imtahanlarına hazırlıq və özünüyoxlama aplikasiyası hazırlandı.
IV qrant müsabiqəsinin qalibi Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli
tam orta məktəbin ingilis dili müəllimi Rzazadə Babək Tarif oğlu tərəfindən məqsədi
şagirdlərin buraxılış imtahanlarında ingilis dili fənnindən oxuyub-anlama, dinləyib-anlama
üzrə hazırlığına dəstək məqsədilə “OrdEng” tətbiqi - İngilis dili fənnindən
buraxılış imtahanlarına hazırlıq və özünüyoxlama aplikasiyası hazırlanmışdır.
Proqram “Android” və “İos” platformalarından istifadə
edən bütün smartfon istifadəçiləri üçün əlçatımlı və ödənişsizdir. Sadəcə
“OrdEng” açar sözünü daxil edərək bir klikdə aplikasiyanı endirmək və istifadə
etmək mümkündür.
Peşəkar səviyyədə 1050 açıq və qapalı test hazırlanmış, 75 oxuyub-anlama üzrə mətn
(hər mətn üçün 8 sual - 4 açıq, 4 qapalı olmaqla), 75 dinləmə üzrə mətn (hər mətn
üçün 6 sual - 3 açıq, 3 qapalı olmaqla) hazırlanmışdır. Hazırda ölkənin
istənilən bölgəsindən olan şagirdlər bu proqrama daxil olmaqla mətnləri dinləyib
testləri həll edə və testin sonunda elə yerindəcə cavablarını yoxlaya bilərlər.
Test işləməklə onlar öz xarici dil bacarıqlarını inkişaf etdirə, hər sınaq
imtahanında öz nəticələrini yüksəltmək imkanı əldə edə bilərlər.
Bu tətbiq müəllim, valideyn və şagirdlər üçün də əlçatan, yığcam və uyğun bir aplikasiyadır. Şagirdlər heç bir müəllimə ehtiyac olmadan, müstəqil şəkildə öz bilik və bacarıqlarını artıra bilər. Bu tətbiqdən təkcə buraxılış sinif şagirdləri yox, bütün yuxarı sinif şagirdlərinin və müəllimlərin də istifadə etməsi mümkündür.
Linkə daxil olaraq aplikasiyanı endirə bilərsiniz: https://ordeng.midiyaapp.com/course/7/about