146
logo

"Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihənin təlimlərinə start verilib

  • Şənbə 1 Fevral 2025



"Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihənin təlimlərinə start verilib.
1-ci günün təlim modulunun mövzusu "Peşə təhsilinin əhəmiyyəti", fəaliyyətlər isə: "Təlimin məqsədi və gözləntilərin izahı", "Qrup tanışlığı", "Ümumi diskussiya: Niyə peşə seçimi vacibdir?" mövzuları ətrafında keçirilib.
Qeyd edək ki, layihə çərçivəsində IX-XI sinif şagirdlərinə peşə təhsili və karyera planlaşdırması mövzularında geniş maarifləndirmə aparılıb.
Xatırladırıq ki, "Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihə, Quliyeva Aygün Məhərrəm qızı tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdləri erkən yaşlardan peşə təhsilinə yönəltmək, onların karyera seçiminə dair biliklərini artırmaq və iş dünyası ilə məktəb arasındakı əlaqələri möhkəmləndirməkdir.