146
logo

Şəmkirdə skaut dəstələrinin yaradılması istiqamətində təlimlər davam edir

  • Bazar 2 Fevral 2025



Şagirdlər skaut hərəkatının əsas prinsipləri ilə tanış oldular
Şəmkir rayon Kür qəsəbə İ.S.Aznaurov adına tam orta məktəbində şagirdlərin fiziki, sosial və intellektual inkişafına töhfə vermək məqsədilə skaut dəstələrinin yaradılması istiqamətində təlimlər davam edir.
Bu təlimlər şagirdlərə komanda ruhu, liderlik bacarıqları, təbiətə qayğı və sosial məsuliyyət hissini aşılamaq üçün nəzərdə tutulub. Təlimlər zamanı iştirakçılar skaut hərəkatının əsas prinsipləri ilə tanış olur, müxtəlif bacarıqlar – düşərgə qurmaq, istiqaməti müəyyən etmək, birgə fəaliyyət göstərmək və çətin şəraitdə qərar vermək kimi vacib biliklər əldə edirlər. Eyni zamanda açıq havada keçirilən fəaliyyətlər onların fiziki sağlamlığını gücləndirir və özünəinam hisslərini artırır.
Xatırladaq ki, Şəmkir rayonunda icra olunan "Məktəbimizdə skaut dəstələrinin yaradılması" layihəsinin rəhbəri Əsgərova Könül Məzahir qızıdır. Layihənin məqsədi şagirdlər arasında sağlam və məsuliyyətli gənclər yetişdirmək, onların şəxsi və ictimai inkişafına dəstək olmaqdır.
Gələcək fəaliyyətlərdə daha çox şagirdin bu hərəkatda iştirak etməsini təşviq edərək onların bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulub.