"Ümumtəhsil məktəblilərinin"Yaşıl dünya"əl işləri sərgisi" adlı layihə icrasını davam etdirir
"Ümumtəhsil məktəblilərinin"Yaşıl dünya"əl işləri sərgisi" adlı layihə icrasını davam etdirir
Layihə çərçivəsində qrupların hər birində 10 şagird olmaqla, 4 qrupda fəaliyyət göstərilir. Layihəyə 5-9-cu siniflərdə təhsil alan 40 şagird cəlb olunub. Layihədə qruplar tərəfindən almaz mozaikalarla, ətirli şamla, ətirli sabunla, rəsm üzərində əl işləri məşğələləri təşkil edilir. Məşğələlər bitdikdən sonra şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunacaq.
Qeyd edək ki, "Ümumtəhsil məktəblilərinin"Yaşıl dünya"əl işləri sərgisi" adlı layihə Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyada Səfəraliyeva Səadət tərəfindən icra edilir. Layihənin məqsədi internat məktəbində həm ümumi, həm də xüsusi sinifdə təhsil alan şagirdləri, rayonun ümumtəhsil məktəblərində təhsil alan şəhid və qazi övladlarını, eyni zamanda valideyn himayəsindən məhrum olmuş şagirdlərin əl bacarıqlarının inkişaf etdirilməsi istiqamətində qeyri-formal təhsil formasında fəaliyyətlərə cəlb etməklə, həm bu qabiliyyətlərinin üzə çıxarılmasına nail olmaq, eyni zamanda onlar arasında əməkdaşlığı təmin etməkdir.