"Əsarətdən aydınlığa" layihəsi icrasını davam etdirir
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində qalib olan "Əsarətdən aydınlığa" layihəsinin icra planına əsasən hədəf qrupuna daxil olan Goranboy rayonu Nizami kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri üçün ilkin olaraq münasibət və dəyərlərin qiymətləndirilməsi üzrə psixoloji test keçirilib. Təlimdə “Əsarətdən aydınlığa doğru” adlı maarifləndirici və cəmiyyətə mesaj olaraq ötürülə bilən qısa metrajlı sosial çarx videosu haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, "Əsarətdən aydınlığa" layihəsi Nur Əmrəhova tərəfindən icra edilir. Layihə müddətində Goranboy rayonunun Nizami və Xoylu kəndlərinin məktəblərindən seçilmiş valideynlərə və şagirdlərə maarifləndirici praktiki təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimdə “Əsarətdən aydınlığa doğru” adlı maarifləndirici və cəmiyyətə mesaj olaraq ötürülə bilən qısa metrajlı sosial çarx videosu haqqında ətraflı məlumat verilib.