146
logo

“Yaşıl Dünya = Rəqəmsal Dünya Kağızsız sinif otaqları” layihəsi çərçivəsində dərslərə start verilib.

  • Bazar ertəsi 3 Fevral 2025



“Yaşıl Dünya = Rəqəmsal Dünya Kağızsız sinif otaqları” layihəsi çərçivəsində dərslərə start verilib.
Layihə çərçivəsində müəyyən fənlər rəqəmsal qaydada tədris edilməyə başlayıb. Həmçinin rəqəmsal sinifin təklif etdiyi imkanlardan yararlanaraq şagirdlər arasında onlayn platformalar vasitəsilə biliklərin yoxlanılması xarakterli yarışlar təşkil edilir. Bu da öz növbəsində, şagirdlər arasında təhsildə rəqabətin güclənməsinə gətirib çıxarır. Planşetlərdən istifadə ilə dərslər şagirdlər tərəfindən həvəslə qarşılanıb. Dərslərin rəqəmsallaşmasının nəticəsi olaraq şagirdlərin dərslərə olan marağı artıb və dərslərdə aktiv iştirak edirlər.
Xatırladırıq ki, “Yaşıl Dünya = Rəqəmsal Dünya Kağızsız sinif otaqları” qrant layihəsi Musa Ziyadzadə tərəfindən Göygöl rayon Çaylı kənd tam orta məktəbində təşkil olunur. Layihə çərçivəsində şagirdlərə 2 ay ərzində sinifdə dərslərin birbaşa planşetdən istifadə ilə keçirilməsi və kağızdan istifadənin tamamilə aradan qaldırılması, kağızsız sinif otağı ilə bağlı məlumatlandırıcı videoçarxın çəkilməsi nəzərdə tutulur.