“Futzal Yarışı Başlayır!” layihəsi çərçivəsində təlimlər keçirilib
“Futzal Yarışı Başlayır!” layihəsi çərçivəsində təlimlər keçirilib
Ucar rayonunun Qazıqumlaq kəndində yerləşən Heydər Əliyev adına 2 nömrəli tam orta məktəbdə “Futzal Yarışı Başlayır!” layihəsi çərçivəsində 3 günlük təlim-seminar keçirilib.
Təlim-seminarın əsas məqsədi futzalın qaydaları haqqında ətraflı məlumat vermək və yarışların idarə edilməsini asanlaşdırmaqdır. Bu məqsədlə komanda rəhbərləri və kapitanlar əldə etdikləri bilikləri şagirdlərə təcrübi şəkildə təqdim edib, təcrübəli hakim və ekspertlər isə təlimin keçirilməsində iştirak edərək iştirakçılara praktiki tövsiyələr veriblər.
Xatırladırıq ki, “Futzal yarışı başlayır!" qrant layihəsi Mahmud Mustafayev tərəfindən Ucar rayon Qazıqumlaq kənd Heydər Əliyev adına 2 nömrləli tam orta məktəbdə təşkil olunur. Layihə çərçivəsində futzal oyunu haqda geniş təbliğat və 3 günlük təlim-məşq seminarının təşkili, şagirdlərdən ibarət futzal komandalarının formalaşması, futzal qaydaları haqqında Azərbaycan dilində ədəbiyyatın çoxaldılması, Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş şagirdlər arasında futzal yarışının keçirilməsi, yerli hakim və oyunçularının bu sahədə biliklərinin artırılması nəzərdə tutulub.