"Beynəlxalq onlayn platforması üzərindən robototexnikanın öyrənilməsi" adlı layihənin rəsmi açılışı keçirilib
Bakı şəhəri 298 saylı orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş "Beynəlxalq onlayn platforması üzərindən robototexnikanın öyrənilməsi" adlı layihənin rəsmi açılışı keçirilib.
Robototexnika müasir təhsilin vacib sahələrindən biri kimi mühəndislik, riyaziyyat, layihələndirmə və proqramlaşdırma biliklərini bir araya gətirir. Şagirdlərə bu sahədə biliklərin aşılanması, onların gələcək karyera yollarına daha yaxşı hazırlaşmalarına və texnologiya sahəsində uğurlar qazanmalarına kömək edəcək. Bununla yanaşı, layihə vasitəsilə şagirdlər texnologiya ilə əlaqəli məsələləri daha yaxşı anlayacaq və müasir dünyada baş verən texnoloji inkişaflarla ayaqlaşmağı bacaracaqlar.
Robototexnika yaradıcı düşünmə və innovasiya sahələri ilə sıx bağlıdır. Buna görə də layihə şagirdlərin problem həlletmə bacarıqlarını və yaradıcı yanaşmalarını inkişaf etdirməyi hədəfləyir. Mahirə Nuriyevanın bu təşəbbüsü ölkədə təhsilin keyfiyyətinin artırılmasına və innovativ yanaşmaların tədris prosesində geniş tətbiqinə əhəmiyyətli töhfə verəcəkdir.