146
logo

Şagirdlər “Karyera xəritəsini” hazırlayıblar

  • Bazar ertəsi 3 Fevral 2025



Şagirdlər “Karyera xəritəsini” hazırlayıblar

"Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihənin təlimləri davam edir.
Bu səfər təlim modulu "Peşəkar inkişaf və təhsil arasındakı əlaqə" mövzusunda keçirilib. Təlim "Təhsil və karyera yollarının müqayisəsi", "Karyera xəritəsinin hazırlanması", "Uğurlu karyera üçün təhsil niyə vacibdir" mövzularında qrup işi ilə yekunlaşıb.

Qeyd edək ki, 9-11-ci sinif şagirdlərinə peşə təhsili və karyera planlaşdırması mövzularında geniş maarifləndirmə aparılıb.

Xatırladırıq ki, "Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihə Aygün Quliyeva tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdləri erkən yaşlardan peşə təhsilinə yönəltmək, onların karyera seçiminə dair biliklərini artırmaq və iş dünyası ilə məktəb arasındakı əlaqələri möhkəmləndirməkdir.